Ölkə futbolu
“Qəbələ” Gürcüstan klubları ilə qarşılaşacaq
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının …
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 2017/18 mövsümünün ilk yarısını lider kimi başa vuran komanda hazırlığa yanvarın 7-də başlayacaq. Ayın 26-dək davam edəcək hazırlığın ilk mərhələsi Qəbələ və Bakıda baş tutacaq. Emin İmaməliyevin yetirmələri bu müddətdə bir neçə yoxlama oyunu da keçirəcək. Sınaqçı rəqiblərin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Hazırlıq prosesinin 2-ci mərhələsi Gürcüstanda təşkil olunacaq. Əvəzedicilər yanvarın 26-dan fevralın 2-dək qonşu ölkədə toplanışda olacaq. “Qəbələ” Gürcüstanda 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan ikisində rəqib müəyyənləşib ki, komanda Tiflis “Dinamo”su və “Saburtalo”nun əvəzediciləri ilə üz-üzə gələcək. Yoxlama oyunundakı 3-cü rəqibin adı hələ dəqiqləşməyib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”