Ölkə futbolu
“Neftçi”də maaş islahatı
“Neftçi” rəhbərliyi 2 futbolçusunun maaş?…
“Neftçi” rəhbərliyi 2 futbolçusunun maaşını kəsib. Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən, Namiq Ələsgərov və Səlahət Ağayev daha əvvəlki qədər əməkhaqqı almayacaq.
Müqaviləsi davam edən hər 2 oyunçu yenə klubda qalacaq. Lakin onların anlaşmaların əl gəzdirilib (sportinfo.az).
Avqustda “Keşlə”dən gələn Səlahət Ağayev son 4 ayda forma geyinməyib. Premyer Liqanın ilk turlarında zəif təsir bağışlayan qapıçı sentyabrda ağır zədə alıb və bu müddətdə vaxtını müalicəyə sərf edib.
Sabiq baş məşqçi Elxan Abdullayevin istəyi ilə heyətə götürülən oyunçu layiq olduğundan dəfələrlə artıq maaş alırdı. Hər ay 22 min manata sahib çıxan qapıçı yanvardan etibarən bu məbləğdən xeyli aşağı məvacibə qol çəkəcək.
Namiq Ələsgərova gəlincə, onun əməkhaqqısı 17 min manatdan yüksək olub. Mövsümün ilk yarısında heç nə ilə yadda qalmayan futbolçu indi bunun əziyyətini çəkəcək.
Əhmədov 2 oyunçudan kəsilən pulu komandaya daha çox xeyir verən futbolçuların maaşının artırılmasına hesablayıb. Rəhbərlik onun təqdimatına əsasən, Mirabdulla Abbasov, Rəşad Sadiqov, Rəşad Əzizli, Rəhman Hacıyev və Anton Krivotsyukun əməkhaqqlarını yüksəldib.
Futbolçuların gördüyü işə görə bu şəkildə cəzalandırılması və ya mükafatlandırılması yaxşı üsuldu. Həm rəhbərlik, həm də baş məşqçi düzgün metod seçib. Lakin 20 min manat civarında maaş orta səviyyəli, özünü milli komandada sübut edə bilməyən yerli oyunçular üçün həddindən artıq çoxdu. Minimum əmək haqqının 116, orta əmək haqqının 504 manat olduğu ölkənin vətəndaşıyıq. Düzdü, futbol spesifik sahədi, lakin 40 qatlıq fərq fantastikadı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”