Premyer-liqa
AFFA Tounkaranı Super Kubok oyununa görə cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bir neçə gün öncə keçirilmiş Super Kubok uğrundakı oyunla bağlı aşağıdakı qərarlar çıxarılıb:
Azərbaycan Super Kubokunun “Xəzər Lənkəran” – “Neftçi” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
Matçın 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Qeyd edək ki, bu cəza yalnız Super Kubok oyununa şamil edilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”