Dünya futbolu
Tevez: Lider deyiləm
İtaliyanın "Yuventus” klubunun ulduz futbolçusu Ka…
İtaliyanın "Yuventus” klubunun ulduz futbolçusu Karlos Teves komandadakı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, İtaliya mətbuatına danışan argentinalı hücumçu Turin klubunun lideri olmadığını deyib:
“Mən lider deyiləm. Çünki “Yuventus”da hamı liderdi. Bu halda komanda şəklində çıxış edirik və birlikdə inkişaf edirik. Bu komanda üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. “Yuventus” qalib gəlməyəndə böhranda olduğumuzu düşünürlər. “Cenoa” ilə oyunda istədiyimizi meydanda tətbiq edə bildik və hamıya problem yarada biləcək nəticə qazandıq. Hazırda son dərəcə səbirliyik. Çünki mövsüm sonuna qədər oynayacağımız çox qarşılaşma var”.
Qeyd edək ki, Teves bu yay İngiltərənin “Mançester Siti”dən “Yuventus”a transfer olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”