Premyer-liqa
“Neftçi” ilk arzusunda
“Neftçi” aprelin 15-də Topaz Premyer Liqasının 2…
“Neftçi” aprelin 15-də Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə” ilə görüşəcək.
Futbolinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:00-da start götürəcək. “Ağ-qaralar” bu komanda ilə indiyədək 11 çempionat oyununda qarşılaşıb. Bunlardan 8-də məğlub olan “Neftçi” 3 görüşdə isə heç-heçə edib. Top fərqi də “Zirə”nin xeyrinədi – 4:15.
Maraqlıdı ki, çempionatdan fərqli, "Zirə” “Neftçi” üçün kubok yarışlarında arzuolunan rəqibdi. Belə ki, “ağ-qaralar” bu komandanı iki dəfə Azərbaycan kubokundan kənarlaşdırıb. Həm ötən mövsüm (3:0, 1:2), həm də bu mövsüm (0:1, 2:0) 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə qalib gələn "Neftçi” yarımfinala vəsiqə qazanıb.
“Neftçi” ümumilikdə Zirədə keçirdiyi 7 oyundan 1-də qalib gəlib. 5 qarşılaşmada məğlub olan “ağ-qaralar”a 1 matçda da texniki məğlubiyyət verilib. Zirədəki görüşlərin top fərqində də meydan sahibləri üstündü – 9:3.
Qeyd edək ki, "Neftçi” son 7 rəsmi matçda məğlub olmadığı halda, "Zirə” 9 oyundu qələbəyə həsrətdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək