Dünya futbolu
FİFA baş məşqçini futboldan uzaqlaşdırdı
FİFA Salvador yığmasının sabiq baş məşqçisi Ramon Marad…
FİFA Salvador yığmasının sabiq baş məşqçisi Ramon Maradiaqanı cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, Maradiaqa 2 il müddətinə futboldan uzaqlaşdırılıb. O, korrupsiyada ittiham olunub. Mütəxəssisə qarşı ittiham ötən ilin iyulunda DÇ-2018-in seçmə mərhələsində keçirilən Salvador – Kanada oyununa görə irəli sürülmüşdü.
Qarşılaşmadan əvvəl adı çəkilməyən şəxs oyunun nəticəsini əvvəlcədən müəyyənləşdirmək üçün Salvador yığmasının üzvləri ilə görüşüb və onlara pul təklif edib. Baş məşqçi isə bu hadisədən xəbərdar olsa da, FİFA-ya məlumat verməyib.
Məşqçi FİFA-nın etika qaydalarını pozmaqda günahkar bilinib. O, 20 min isveçrə frankı cərimə də ödəməli olacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”