Dünya futbolu
Eddi İsrafilov oynamadı, komandası xal itirdi
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 38-ci turun…
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 38-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Leonesa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Alkorkon" geridə qalan turlarda 44 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”