Dünya futbolu
Arda Turan qovuldu: hakimə hücum çəkdiyinə görə – VİDEO
Türkiyənin "Başakşəhər" klubunun futbolçusu…
Türkiyənin "Başakşəhər" klubunun futbolçusu Arda Turan Super Liqanın 32-ci turu çərçivəsində “Sivasspor”la ev oyununda qalmaqala səbəb olub.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qarşılaşmanın başa çatmasına saniyələr qalmış hakimə hücum çəkib.
Arda görüşün 90+4-cü dəqiqəsində ona qarşı edilən hərəkətin qayda pozuntusu olduğunu bildirsə də, yan xətt hakimi fərqli qərar verib. Bu isə onu özündən çıxarıb. Futbolçu hakimin qərarına sərt şəkildə etirazını bildirib. Komanda yoldaşları Ardanı çətinliklə sakitləşdirə biliblər. Qarşılaşmanın baş hakimi isə onu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Türkiyə Fulbol Federasiyasının buna görə Ardaya ağır cəza verməsi gözlənilir.
Qeyd edək ki, “Başakşəhər” – “Sivasspor” matçında qalib müəyyənləşməyib – 1:1.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”