Ölkə futbolu
Samir Abasov daha 2 il “Sumqayıt”da
“Sumqayıt”da sular durulur. Klub rəhbərliyi yalnız avr…
“Sumqayıt”da sular durulur. Klub rəhbərliyi yalnız avrokuboka düşmək şansı nisbətən azalanda daxili ab-havanı düzəltmək qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, taleyi sual altında olan baş məşqçi Samir Abasovla bağlı yekun qərar verilib. Adı müxtəlif komandalarla yanaşı çəkilən çalışdırıcı növbəti 2 ildə də indiki postunda olacaq. Rəhbərlik Abasovla danışıqları yekunlaşdırıb və ayın sonunda bitəcək anlaşmanı uzatmaq barədə razılığa gəlib.
Beləliklə, Samir bəy bu mövsümdəki nəticədən asılı olmayaraq, daha 2 il “Sumqayıt”ın baş məşqçisi olacaq. Onun məvacibi də əhəmiyyətli şəkildə artırılıb. Hazırda klubdan ayrılmaq istəyən bəzi futbolçularla danışıqlara start verilib.
Klubun himayədarı olan “Azərkimya” yeni mövsümdə də komandaya dəstəyini əsirgəməyəcək. Büdcədə artım gözlənilir və Samir bəyin qalmağa qərar verməsində bu amil rol oynayıb. “Sumqayıt” heyətini də gücləndirəcək. Hazırda Avropa Liqasında vəsiqəyə ən real namizədlərdən olan komandada bütün ehtimallar mövsüm bitdikdən sonra reallığa çevriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”