Dünya futbolu
“Monako”dan vacib qələbə, PSJ uduzdu – VİDEOLAR
Futbol üzrə Fransa çempionatında 37-ci tura yekun vurulu…
Futbol üzrə Fransa çempionatında 37-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Genqam” Marsel “Olimpik”ini qəbul edib. Bu oyunda qələbə qonaqlar üçün çox vacib idi. Belə ki, Marsel klubu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün “Genqam”la matçda 3 xal qazanmalıydı. Lakin 6 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.
Bu istiqamətdə marsellilərin əsas rəqibləri olan Lion “Olimpik”i və “Monako” isə bazar günü meydana çıxıb. “Şirlər” səfərdə “Strasburq”la qarşılaşıblar və məğlubiyyətlə üzləşiblər. “Knyazlıq klubu” isə evdə “Sent-Etyen”lə üz-üzə gəlib və minimal hesabla qalib gəlib.
Çempion PSJ isə evdə "Renn"ə uduzub.
Fransa Liqa 1
37-ci tur
11 may
Genqam – Olimpik (Marsel) 3:3
Qol: Qrenye, 42; 52-pen. Briand, 70-pen – Jerman, 2. Toven, 14; 81.
12 may
Amyen – Mets 2:0
Qol: Tusumqama, 21-pen. Selimoviç, 86-avtoqol.
Anje – Nant 0:2
Qol: Lima, 50. Kulibali, 62.
Bordo – Tuluza 4:2
Qol: Martin, 38; 49. Leraqer, 73. Malkom, 78 – Silla, 29. Diop, 90.
Lill – Dijon 2:1
Qol: Motiba, 18; 45 – Kvon, 11.
Monako – Sent-Etyen 1:0
Qol: Fabinyo, 90.
Monpelye – Trua 1:1
Qol: Kotsa, 58 – Azamum, 31.
Nitsa – Kan 4:1
Qol: Balotelli, 2; 10-pen. Allan, 36. Seri, 72 – Kuaku, 76.
PSJ – Renn 0:2
Qol: Benjamin, 52-pen. Hunu, 71.
Strasburq – Olimpik (Lion) 3:2
Qol: Bahoken, 22. Da Kosta, 88. Linard, 90 – Fekir, 50-pen. Auar, 72.
–
–
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”