Dünya futbolu
İsveç yığmasının DÇ-2018 üçün yekun heyəti
Bu yay Rusiyada təşkil olunacaq dünya çempionatının i?…
Bu yay Rusiyada təşkil olunacaq dünya çempionatının iştirakçılarından daha bir mundiala üçün yekun heyətini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, İsveç yığmasının baş məşqçisi Yann Andersson DÇ-2018-də aşağıdakı 23 futbolçuya güvənməyə qərar verib:
Qapıçılar: Robin Olsen (“Kopenhagen”, Danimarka), Karl Yohan Yonssen (“Genqam”, Fransa), Kristoffer Nordfeldt (“Suonsi Siti”, Uels);
Müdafiəçilər: Mikael Lustiq (“Seltik”, Şotlandiya), Viktor Lindelef (“Mançester Yunayted”, İngiltərə), Andreas Qrankvist (“Krasnodar”, Rusiya), Lyudviq Auqustinsson (“Verder”, Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi “Bolonya”, İtaliya), Pontus Yansson (“Lids”, İngiltərə), Martin Olsson (“Suonsi Siti”, Uels);
Yarımmüdafiəçilər: Emil Forsberq (“Leytpsiq”, Almaniya), Viktor Klasson (“Krasnodar”, Rusiya), Albin Ekdal (“Hamburq”, Almaniya), Sebastyan Larsson (“Hall Siti”, İngiltərə), Cimmi Durmaz (“Tuluza”, Fransa), Markus Roden (“Krotone”, İtaliya), Oskar Hilyemark (“Cenoa”, İtaliya), Qustav Svensson (“Sietl”, ABŞ);
Hücumçular: Ola Toyvonen (“Tuluza”, Fransa), Markus Berq (“Əl-Əyn”, BƏƏ), Yon Qvidetti (“Alaves”, İspaniya), İsaak Kise Telin (“Vasland-Beveren”, Belçika).
Qeyd edək ki, İsveç yığması DÇ-də Almaniya, Cənubi Koreya və Meksika ilə bir qrupda mübarizə aparacaq.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu