Dünya futbolu
Vüqar Əsgərov üçün 73 dəqiqə və 3 xal
Futbol üzrə Latviya Birinci Liqasında 12-ci turdan təxirə sal…
Futbol üzrə Latviya Birinci Liqasında 12-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Super Nova” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda fərqlənə bilməyib. Millimizin sabiq forvardı cari mövsümdə 22 qola imza atıb.
“Dauqavpils” isə keçirdiyi 15 oyundan sonra 37 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”