Ölkə futbolu
Türkiyə mətbuatı “Qarabağ”a şans vermədi
Türkiyə mətbuatı UEFA Avropa Liqasının qrup mərhələsində…
Türkiyə mətbuatı UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komandaların növbəti mərhələyə yüksəlmək şanslarını əmsallarla açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın yer aldığı E qrupunda favorit “Arsenal”a 1,15 əmsal verilib. “Sportinq”in qrupdan çıxmaq şansı 4 əmsal olaraq göstərilib. Ağdam təmsilçisinə isə 17 əmsal verilib. Qrupun autsayderi isə “Vorskla” göstərilib – 40 əmsal.
Türkiyə təmsilçisi “Fənərbaxça”nın mübarizə aparacağı D qrupunda favorit 2,20 əmsalla “bülbüllər” sayılır. “Fənər”in ən yaxın izləyicisi isə “Anderlext” müəyyən olunub – 2,40 əmsal. D qrupunun digər komandası “Dinamo”nun şansı (Zaqreb) 3,75, “Spartak”da (Trnava) 14 əmsalla dəyərləndirilib.
“Beşiktaş” isə H qrupunda aşkar favoritdir. “Genk”, “Malmö”, “Sarpsborq”un yer aldığı qrupda “qara qartallar”a 2 əmsal verilib.
Avropa Liqasının qrup mərhələsinin ilk oyunları sentyabrın 20-də keçiriləcək. İlk matçda "Qarabağ" səfərdə "Sportinq"in qonağı olacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”