Ölkə futbolu
Qurbanovun sistem vədi
Nəhayət, Qurban Qurbanov da dilə gəldi. Millinin baş məşq&ccedi…
Nəhayət, Qurban Qurbanov da dilə gəldi. Millinin baş məşqçisi dünən mətbuatın, futbol ictimaiyyətinin çoxdandı gündəmdə saxladığı məsələni dilindən çıxarıb, aktuallaşdırdı.
Qurban bəy verdiyi müsahibədə dolayısıyla ölkə futbolunda kadr probleminin olduğunu, strategiyanın düzgün müəyyənləşdirilmədiyini bildirdi. O, bununla AFFA-nı da ifşa etdi və ötən illər ərzində uşaq futbolunda işlərin düzgün qurulmadığına, layiqli namizədlərin yetişdirilmədiyinə də işarə vurdu.
Qurbanov ilk dəfə yeni sistemin yaradılmalı olduğunu bu qədər aşkar bəyan etdi. Milli komandalarda uğurlu nəticələrin reallaşmasının başqa yolunun olmadığına əmin olmaq üçün baş məşqçiyə 9 ay lazım oldu. Ziyanın yarısından qayıtmaqda da fayda var. Ötən ilin dekabrında – təyinatı zamanı da Qurbanov bu haqda danışmışdı. Amma ötən müddətdə o, heç bir iş görmədi və ya tələbləri AFFA tərəfindən yerinə yetirilmədi.
Millətlər Liqasındakı fiaskodan sonra Qurban bəy yenə dilə gəlib. Amma tezliklə atılacaq addımlar onun bu sözləri psixoloji yükdən qurtulmaq, özünü vəziyyətdən çıxarmaq üçün dediyi, yoxsa həqiqətən əməli fəaliyyətə başladığını göstərəcək. İndiyəqədərki uğursuzluqlara görə Qurbanov günahkar deyil, lakin bundan sonrasına məhz o cavabdehdi. Buyur, təklifi ver, işi qur, nəticəni göstər. Yox, deyilənlər havada qalacaqsa, həyata keçirilməyəcəksə, Qurbanov qovulmasını gözləməməli, indi istefa verməlidi. Çünki bu qaydada davam etmək əvvəl-axır məğlubiyyətlə yekunlaşacaq.
Sistemdən, strategiyadan danışmaq hələ onu qurmaq, reallaşdırmaq deyil. Hər şey detallı müzakirə olunmalı, konsepsiya hazırlanmalı, əməli fəaliyyətə start verilməlidi. Və ictimaiyyət də pilləli inkişafa real addımlarla inandırılmalıdı. Yalançı vədlə daha 5-6 ili boşa vermək olmaz. Konsepsiya kifayət qədər inandırıcı olmalı, dəqiq işlənməlidi.
Qurban bəy dünənki açıqlaması ilə ilk addımı atdı. Davamını real addımlarla gözləyirik. Fərqli yol tutmaq olmaz, yoxsa o yolun davamı olmayacaq…
FƏRİD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”