Premyer-liqa
Samir Abasov: “Əlimdəki oyunçulara uyğun modeldən istifadə edirəm”
“Zirə”nin baş məşqçisi Samir Abasov futbol &uum…
“Zirə”nin baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla başa çatan oyundan sonra bunları bildirib:
– Yeni komandamda ilk oyunum idi. Uşaqlara paltardəyişmə otağında bildirdim ki, zaman yoxdu. Əks halda çox şey itirə bilərik. Oyundan oyuna artırmalıyıq. Məncə, bu görüşdə bir xeyli suala cavab tapdıq. Təəssüf ki, təlim-məşq toplanışı dövrü deyil ki, yoxlama görüşləri keçirək.
– “Sumqayıt”dakından fərqli modelindən istifadə etdiniz: 4-3-3…
– Əlimdəki oyunçulara uyğun modeldən istifadə edirəm. Bu gün Bilal və Dedov zədəli idilər. Bu baxımdan hücumda rotasiyalar etdik. Limitə daxil olan futbolçuların hər ikisi dayaq yarımmüdafiəçisidi. Alınmasa da, bu sistemlə oynayacağıq. Arxada top saxlamaq mənim tapşırığım idi. Kor-koranə topu irəliyə vurmağın əleyhinəyəm. Müəyyən narazılıqlarım var. (Sport24)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”