Premyer-liqa
“Zirə” ilə “Neftçi”nin 13-cü dueli
Bu həftə Topaz Premyer Liqasında 5-ci turun oyunları keçiri…
Bu həftə Topaz Premyer Liqasında 5-ci turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Sentyabrın 22-də baş tutacaq qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq.
İndiyədək baş tutan 12 görüşdə “Zirə”nin böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.
Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diezdir. Onun hesabında 3 qol var. Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də rəqib avtoqola üzülüb.
“Mavi-qırmızılar” Premyer Liqa çərçivəsində 7-ci dəfə bu rəqibi qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan “Zirə” 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”