Ölkə futbolu
“Qarabağ”ı məğlub etmək istəyirik”
“Sportinq” ötən il bu turnirdə yaxşı çıx?…
“Sportinq” ötən il bu turnirdə yaxşı çıxış etmişdi. Bunun davamını gətirmək lazımdır”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la üz-üzə gələcək Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeiru deyib.
O, Azərbaycan təmsilçisi haqqında da fikirlərini bildirib: “İdmanda əvvəlcədən konkret heç bir şey bilinmədiyi üçün şansları eyni dəyərləndirmək lazımdır. Bizi böyük məsuliyyət gözləyir. “Qarabağ” ötən il “Atletiko” ilə matçlarda yaxşı təsir bağışlayıb. Onlar topla oynamağı sevən komandadır. “Qarabağ”ı məğlub etmək istəyirik. Bunun üçün də azarkeşlərimizin dəstəyinə güvənirik”.
Qeyd edək ki, “Sportinq” – “Qarabağ” oyunu sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”