Premyer-liqa
Roberto Bordin: “Peşmanam”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin T…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
– Rəqib bu gün ciddi müqavimət göstərdi. “Zirə” qalib gəlmək əzmində idi. Qeyd edim ki, rəqib haqq etdiyi mövqedə deyil. Biz bu gün yaxşı oynadıq.
– Samir Abasovla aranızdakı mübahisəyə aydınlıq gətirməyinizi istəyərdik…
– Bunu konflikt kimi qələmə verməzdim. Sadəcə, anlaşılmazlıq yaşandı. Düşünürəm ki, həm mən, həm də həmkarım bu hərəkətimizlə komandalarımıza fayda vermədik. Peşmanam.
– Mirabdulla Abbasovu millimizdə görürsünüzmü və həmkarınız Qurban Qurbanov sizdən məsləhət alsa, belə bir tövsiyə edərsinizmi?
– Komandamdan istənilən futbolçu milliyə dəvət alırsa, bu, məni sevindirir.
– Qol vurduqdan sonra müdafiəyə çəkilirsiz. Müdafiədə isə etibarlı oynamırsız. Ümumiyyətlə, komandanız hesabda önə keçdikdən sonra müdafiəyə çəkilmək sizin tapşırığınızdı?
– Futbol müdafiə və hücumdan ibarətdi. Qol vurduqdan sonra da hücumlar qurduq. Ümumilikdə komandam yaxşı oyun göstərdi.
– İlk turlarla müqayisədə, hücum xəttində yetərincə rotasiyalara əl atdınız. Bunu nəylə izah edə bilərsiz?
– Məşqlər ərzində özlərini ən yaxşı tərəfdən göstərən futbolçulara şans tanıyırıq. Bizi sevindirir ki, rotasiyalar üçün əlimizdə yetərincə futbolçu var. (Sport24)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”