Dünya futbolu
Turalla Kamran oynamadı, “Yonava” liderə biabırçı hesabla uduzdu
Futbol üzrə Litva çempionatında 26-cı turun oyunları k…
Futbol üzrə Litva çempionatında 26-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda lider “Jalgiris”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:6.
Kamranla Tural bu görüşün iştirakçısı olmayıb. Onların hər ikisi oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”