Dünya futbolu
Milli komandada yeni baş məşqçi
Futbol üzrə Yunanıstan yığmasının yeni baş məşqçi…
Futbol üzrə Yunanıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ötən gün almaniyalı mütəxəssis Mixael Skibbe ilə yolları ayıran Yunanıstan Futbol Federasiyası millini yerli mütəxəssislərdən Angelos Anastasiadisə tapşırıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı. 53 yaşlı alman mütəxəssis komandanın son oyunlardakı uğursuz nəticələri səbəbindən istefaya göndərilib.
Anastasiadisə gəlinc, 65 yaşlı mütəxəssis son olaraq ölkəsinin AEL komandasını çalışdırıb. O, “Panatinaikos”, PAOK, “PAS Yannina” və sair klublarla yanaşı, Kipr yığmsının da baş məşqçisi olub.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”