Ölkə futbolu
“Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu
“Sabah” milli komandanın oyunları ilə bağlı Topaz Pre…
“Sabah” milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilə zamanı yoxlama oyununda qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, rəqib Birinci Divizion təmsilçisi MOİK olub. “Əlincə Arena”da keçirilən oyun 4:0 hesabıyla Premyer Liqa klubunun xeyrinə başa çatıb.
Görüşdə vurulan qollara Tural Qürbətov, Vitali Kvaşuk, Elçin Əsədov və Tolqar Yaqubov imza atıb.
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov qarşılaşmada aşağıdakı futbolçulara şans verib:
1. Tərlan Əhmədli, 2. Ülvi İbazadə, 3. Elvin Bədəlov, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 14. Tural Qürbətov, 15. Erik Ramos, 19. Məqsəd İsayev, 25. Vanderson Silva, 32. Elvin Yunuszadə, 88. Elçin Əsədov.
Sonradan meydana daxil olanlar: 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 33. Eltun Turabov, 6. Vadim Abdullayev, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç, 7. Vitali Kvaşuk, Tolqar Yaqubov.
Yoxlama oyunu
17 noyabr
Sabah – MOİK 4:0
Qol: Tural Qürbətov, 40. Vitali Kvaşuk, 53. Elçin Əsədov, 71, Tolqar Yaqubov, 78.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”