Premyer-liqa
Rəşad Sadıqov: “Neftçi” daha rahat oynayırdı”
“Əvvəldən də düşündüyümüz kimi gə…
“Əvvəldən də düşündüyümüz kimi gərgin oyun alındı".
Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Premyer Liqanın 15-ci turunda səfərdə "Neftçi" ilə qarşılaşan Ağdam təmsilçisi oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Matçdan sonra jurnalistlərə açıqlama verən Sadıqov fikirlərini bölüşüb: "Azarkeşlər üçün maraqlı və sürətli oyun oldu. Fasilədən sonra ilk görüş olmağına baxmayaraq, hər iki komanda çalışdı ki, keyfiyyətli oyun göstərsin. Ümumən baxımlı görüş idi. Çalıdıq ki, aradakı xal fərqini qapadaq, ancaq olmadı. Demək olar ki, "Neftçi" istədiyi nəticəni əldə etdi".
– Heç-heçəyə layiq oyun idi?
– Elə epizod var idi ki, biz fərqlənə bilərdik, elə vəziyyət də oldu ki, rəqib qola yaxın oldu. Ümumilikdə, bərabərliyi ədalətli nəticə saymaq olar.
– Oyundan əvvəlki açıqlamanızda bildirmişdiniz ki, psixoloji üstünlük rəqibin tərəfindədi. Bu, meydanda əks olundumu?
– Hiss olunurdu, "Neftçi" daha rahat oynayırdı. Biz də yaxşı başlamışdıq matça, ancaq buraxdığımız ucuz qoldan sonra komanda ruhdan düşdü. İkinci hissədə isə açıq oyun getdi. Anton qırmızı aldıqdan sonra tam üstünlük bizim tərəfimizə keçdi.
– 10 nəfər qalan rəqibə qarşı meydanda azca üstünlüyünüz olsa da, bu, hesabda əksini tapmadı…
– Alınmadı. Belə oldu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”