Müsahibə
“Fərdi deyil, komanda şəklində oynamalıyıq” – “Zirə”nin yeni transferi
“Zirə”nin botsvanalı yarımmüdafiəçisi Mfo …
“Zirə”nin botsvanalı yarımmüdafiəçisi Mfo Kqasvanenin futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan çempionatında ilk oyununa çıxdın. İlk matç barədə təəssüratların necədi?
– Təbii ki, xüsusi bir yeri var idi. Çünki yeni komandamla, komanda yoldaşlarımla ilk matça çıxdım.
– Fasilədən sonrakı ilk oyunda məğlubiyyət sizə qarşıdakı matçlarda təsir edə bilər?
– Bununla bağlı konkret bir fikir bildirmək olmaz. Qarşıda hələ xeyli tur var. Düşünürəm ki, fərdi yox, komanda şəklində bir oyun ortaya qoysaq, hər şey yaxşı olacaq.
– Məğlubiyyətin əsas səbəbi kimi nəyi görürsən?
– Desəm ki, filan şey məğlubiyyətə səbəb oldu, düz çıxmaz. Bu matç artıq geridə qaldı. İrəli baxmaq lazımdı. Toparlanmalı və qarşıdakı oyunlarda daha yaxşı çıxış etməliyik. Yalnız bu bizə 3 xal gətirə bilər.
– Komanda hazırda turnir cədvəlində yaxşı yerlərdə deyil. Ordan xilas olmaq üçün nə lazımdı?
– İnam. Komandada olan hər kəs, bütün heyət bir-birinə inanmalıdı. Hamı gərgin şəkildə bir hədəf üçün çalışsa, qarşıda uğurlu günlərin olacağına ümidliyəm.
– Səncə, “Sabah”la qarşılaşmada toplanışdan sonra ilk oyun olması rol oynadımı? Yəni belə hazırlıqdan sonra adətən komandalar formada olmur…
– Fikir bildirmək istəmirəm. Çünki yalan demiş olaram.
FƏRİD
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”