Dünya futbolu
“Bavariya” çətinliklə də olsa, 1/4 finalda
Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunlar…
Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.
“Bayer” səfərdə “Haydenhaym”la qarşılaşıb. Bundesliqa klubu aşağı liqa təmsilçisinə məğlub olaraq, mübarizəni dayandırıb. “Duysburq” da “Paderborn”a doğma meydanda boyun əyib. “Hamburq” – “Nürnberq” görüşündə meydan sahibləri minimal hesabla üstün olublar. Günün ən maraqlı gözlənilən qarşılaşması isə Dortmund “Borussiya”sı ilə “Verder” arasında keçirilib. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1, 3:3). Dortmundlular penalti seriyasında məğlub olmaqla 1/4 finala yüksələ bilməyiblər.
Son oyun günündə “Auqsburq” səfərdə “Holştayn”ı, “Leyptsiq” isə doğma meydanda “Volfsburq”u minimal hesabla üstələyərək, növbəti mərhələyə yüksəlib.
“Şalke” “Fortuna” ilə qarşılaşmada darmadağına imza atıb. Səfərdə “Herta” ilə qarşılaşan “Bavariya” isə çətinliklə mərhələ adlayıb. Münhen klubu əsas vaxtı 2:2 hesabıyla bitən bu görüşün yalnız əlavə vaxtında qələbə qolunu vuraraq, 1/4 finala vəsiqəni təmin edib.
Almaniya Kuboku
1/8 final
5 fevral
Haydenhaym – Bayer 2:1
Hamburq – Nürnberq 1:0
Borussiya (Dortmund) – Verder 3:3 (penaltilər 2:4)
Duysburq – Paderborn 1:3
6 fevral
Holştayn – Auqsburq 0:1
Leyptsiq – Volfsburq 1:0
Şalke – Fortuna 4:1
Herta – Bavariya 2:3
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”