Ölkə futbolu
Millimizin üzvü Latviya klubunda – RƏSMİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Tural Bayramlı “Sumqayıt”la yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, o, bundan sonra karyerasını Latviya çempionatında davam etdirəcək. Belə ki, 21 yaşlı futbolçu bu ölkənin “Dauqavpils” klubu ilə anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti mövsümün sonuna qədərdi.
Latviyada mövsümə bu ilin mart ayında start veriləcək. Ötən mövsüm 1-ci liqada mübarizə aparan “Dauqavpils” elitaya yenicə qayıdıb. Bu komandanın elitaya yüksəlməsində Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun da böyük rolu olub. O, geridə qalan mövsümdə 31 qol vurmaqla həm komandasının, həm də 1-ci liqanın bombardiri olub.
Xatırladaq ki, “Dauqavpils”də vaxtilə “Neftçi”nin iki futbolçusu – Orxan Qurbanlı ilə Mirabdulla Abbasov da forma geyinib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”