Milli komanda
Vaqif Sadıqov: “Mənim üçün ən böyük hədiyyə budur”
Bu gün “Neftçi”nin veteran futbolçusu V…
Bu gün “Neftçi”nin veteran futbolçusu Vaqif Sadıqovun 60 yaşı tamam olur.
Futbolinfo.az xəbər verir ki, 1959-cu ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1981-1986, 1989-cu illər ərzində "Neftçi”nin heyətində 126 oyun keçirib, 3 qol vurub. 1993-1995, 2009-2010-cu illərdə "Neftçi”nin baş məşqçisi olmuş Vaqif Sadıqov Azərbaycan milli komandasını da çalışdırıb (1997-1998, 2002, 2005, 2009).
Paytaxt klubunun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib:
– Doğum gününüz, yubileyiniz mübarək, Vaqif müəllim!
– Çox sağ olun, minnətdaram!
– Bu günü necə qeyd edəcəksiz?
– Çoxları deyir ki, yubileyini təntənəli qeyd edək, amma mən həmişə olduğu kimi, bu dəfə də doğum günümü ailəmlə keçirəcəm. Valideynlərim sağ olanda onlarda yığışırdıq, indi isə öz ocağımda, evimdə ailəmlə birlikdə qeyd edəcəm.
– İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
– Ad günüm həmişə çempionatın ən qızğın vaxtına və ya milli komandaların oyununa təsadüf edib. Amma 10 il əvvəl, 50 illik yubileyimi təntənəli qeyd etdim. Mənə yaxın insanları bir araya gətirə bildim. Hamı iştirak etdiyi üçün çox sevindim. Çox yaddaqalan ad günü oldu.
– Bəs aldığınız ən yaddaqalan hədiyyə hansıdır?
– Açığı, heç vaxt hədiyyəyə fikir verən insan olmamışam. Həmişə istəmişəm ki, mənə hörmətlə yanaşılsın. Bəlkə də ən böyük hədiyyəm odur ki, hər ad günümdə ölkə daxilindən tutmuş ölkə xaricinə kimi zənglər qəbul edirəm. Bu gün də eyni hallarla rastlaşıram. Burada və vətəndən kənarda xeyli dostum var. Mənim üçün ən böyük hədiyyə budur.
– Təbriklərə gəlincə, bu gün sizi ən birinci kim təbrik edib?
– Bu gün yox, dünən gecə ən yaxınlarım – həyat yoldaşım və qızım məni təbrik ediblər. Bundan böyük xoşbəxtlik ola bilməz.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”