Dünya futbolu
Bundesliqa klubunda baş məşqçi dəyişikliyi
Almaniyanın “Auqsburq” klubunda baş məşqçi dəy…
Almaniyanın “Auqsburq” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Manuel Baumla yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Baş məşqçi ilə yanaşı, onun köməkçisi kimi çalışan Yens Lemann və klubun idman direktoru Stefan Şvarts da postundan göndərilib.
Klub rəhbərliyi baş məşqçi postuna isveçrəli Martin Şmidti gətirib. 51 yaşlı isveçrəli mütəxəssislə mövsümün sonunadək razılıq əldə olunub.
Baum 2016-cı ildən “Auqsburq”u çalışdırırdı. Bundesliqa çərçivəsindəki son oyununda “Hoffenhaym”a 0:4 hesabıyla uduzan bu komanda mövsümün bitməsinə 6 tur qalmış 25 xalla 15-ci pillədə qərarlaşıb.
Şmidt isə daha öncə Bundesliqa təmsilçilərindən “Maynts” və “Volfsburq”u çalışdırıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”