Ölkə futbolu
Fəttah Heydərovdan nəvəsinin istefa xəbərinə REAKSİYA
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “…
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu haqda məlumatı klubun rəsmi saytı yayıb.
Sonxeber.az-ın əməkdaşı Tale Heydərovla əlaqə saxlaya bilməsə də, babası millət vəkili Fəttah Heydərovla danışıb. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlardan gördüyünü deyib:
"Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".
Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”