Dünya futbolu
“Kamp Nou”da yeni rekord
“Barselona” Çempionlar Liqasının 1/4 final mərh?…
“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Yunayted”lə qarşılaşıb.
Futbolinfo.az “Barselona”nın rəsmi saytına istinadən xəbər verir ki, “Kamp Nou”da baş tutan görüşü 96 min 708 azarkeş stadiondan izləyib.
Bu, cari mövsümdə “Barselona”nın ev oyunlarına gələn azarkeş sayına görə rekord göstəricidir. Bundan əvvəlki rekord İspaniya La Liqasının 10-cu turunda “Real”la keçirilən görüşə (5:1) aid idi. “Kamp Nou”da baş tutan “el klasiko”nu 93 min 265 azarkeş izləmişdi. “Kamp Nou”nun tutumu isə 99 min 354 nəfərdir.
“Barselona” “Mançester Yunayted”i 3:0 hesabıyla məğlub edərək, Çempionlar Liqasında yarımfinal mərhələsinə yüksəlib.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu