Dünya futbolu
Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları k…
Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Liepaya” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Elvin də bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Sərkərov 36-cı dəqiqədə əvəzlənib. Turalın adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 58-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla hesabı 1:1 edib. Millimizin sabiq forvardı 90+2-ci dəqiqədə isə komandasının qələbə qoluna imza atmaqla matçın yekun nəticəsini müəyyənləşdirib. Əsgərov 63-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Dauqavpils” hazırda 7 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”