Dünya futbolu
Bakıdan Madrid “Real”ına
İngiltərənin “Çelsi” klubunun yarımmüdafi?…
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Eden Azarın karyerasını "Real"da davam etdirəcəyi, demək olar ki, dəqiqləşib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında danışıqlara artıq yekun vurulub.
Belçika millisinin üzvü ilə ilkin müqavilə bağlayan "kral klubu" onun klubu "Çelsi" ilə də danışıqları bitirmək üzrədi. Yeganə sual doğuran məqam Azarın münasibətləri rəsmiləşdirəcəyi tarixdi. Bu hadisə isə iyunun 1-də baş tuta bilər. Madridlilər Çempionlar Liqasının final görüşü keçiriləcəyi gündə Azarı da ictimaiyyətə təqdim etməyi planlaşdırır.
"Çelsi"nin Avropa Liqasının finalına yüksəlməsi belə, ispanları fikirlərindən döndərməyəcək. "Zadəganlar" finala adlasalar, komanda mayın 29-da Bakı Olimpiya Stadionunda həlledici görüşə çıxacaq. "Real" rəhbərliyi də Azarın final matından sonra Bakıdan birbaşa Madridə uçmasını istəyir.
Qeyd edək ki, Eden Azarın "Real"da illik məvacibinin 23 milyon avro olması gözlənilir. Komandanın və futbolçunun performansına görə, bu məbləğ 40 milyona qədər yüksələ bilər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”