Ölkə futbolu
Roberto Bordin: “Futbolda mümkünsüz heç nə yoxdur”
“Neftçi”nin baş məşqçisi Roberto Bordin P…
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis doğma meydanda 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Əlbəttə, bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizodlar yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.
– Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdız? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi sizdə arxayınlıq yaratmamışdı ki?
– Komandamı rəqibin necə, hansı heyətlə oynayacağıını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. İlk dəqiqələrdən bu, görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.
– Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindir. Ümumi çempionatı dəyərləndirsəniz, rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?
– “Qarabağ” riyazi cəhətdən çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdu. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.
– “Sumqayıt”dan bu mövsüm iki zərbə almısınız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədir?
– Deməzdim ki, "Sumqayıt"la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdı. Təkcə "Sumqayıt"la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.
– Səmimi olsanız, "Neftçi"nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsizmi? Neçə faiz şansınız qaldığınızı düşünürsünüz?
– Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik. (Sportnet)
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- Digər idman növləri2024-05-08 13:03
Bu gün yarımfinalın daha bir oyunu keçiriləcək