Dünya futbolu
Premyer Liqanın ən yaxşı futbolçusu açıqlandı
İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxş…
İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Vircil van Deyk 2018-2019-cu il mövsümünün ən yaxşı futbolçusu olub.
Bu mövsüm iştirak etdiyi 37 oyunda 4 qolla yadda qalan hollandiyalı futbolçu, bu mükafat uğrunda komanda yoldaşlarından Məhəmməd Salah, Sadio Mane, “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva, Rahim Sterlinq, eyni zamanda, “Çelsi”dən Eden Hazardla yarışırdı.
Mükafatın qalibi azarkeşlər, 20 Premyer Liqa klubunun kapitanı və futbol mütəxəssislərinin səsverməsi ilə müəyyən olunur.
Keçən mövsüm bu mükafatın qalibi Məhəmməd Salah seçilmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”