Ölkə futbolu
“Qarabağ”ın hazırlıq planı bilindi
Yeni mövsümdən ölkəmizi Çempionlar Liqasında …
Yeni mövsümdən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qol.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, komanda iyunun 7-də Bakıda bir araya gələcək:
"Ayın 19-da isə təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedəcəyik. Bilirsiniz ki, Çempionlar Liqasında püşkatma iyunun 18-də olacaq. Onun nəticəsindən asılı olaraq, qərarımızı verəcəyik. Əgər ilk oyun səfərdə olsa, birbaşa Avstriyadan gedəcəyik. Yox, Bakıda olsa, iyulun 3-də vətənə qayıdacağıq".
A. Əsgərov "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirəcəyini bildirib: "Plana əsasən, 4 oyun olmalıdır. Rəqiblərlə bağlı işlər davam edir. Bəzi variantlar var, klublar arasında təsdiq məsələləri gedir".
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”