Dünya futbolu
Hollandiya əzmkar qələbə ilə Millətlər Liqasının finalında
Futbol üzrə UEFA Millətlər Liqasında yarımfinal mərhələsi…
Futbol üzrə UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, final mərhələsində Portuqaliya, İsveçrə, Hollandiya və İngiltərə mübarizə aparır.
İlk oyun günündə Portuqaliya İsveçrə ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı, Ronaldonun het-trikə imza atdığı görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar və finala yüksəliblər.
Yarımfinal mərhələsinin digər oyununda isə bu gün Hollandiya İngiltərə ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı ingilislər açıblar. Amma hollandlar penaltidən buraxdıqları qolun əvəzini ikinci hissədə çıxa biliblər. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha iki qola sevinən Hollandiya yığması əzmkar qələbə ilə finala yüksəlib.
Beləliklə, iyunun 9-da Portuqaliyada təşkil olunan final mərhələsində İngiltərə və İsveçrə yığmaları üçüncü yer uğrunda üz-üzə gələcək. Portuqaliya və Hollandiya isə finalda qarşılaşacaq.
UEFA Millətlər Liqası
Yarımfinal
6 iyun
Hollandiya – İngiltərə 3:1
Qol: De Liqt, 73. Uolker, 97-öz qapısına. Promes, 114 – Reşford, 32-pen.
5 iyun
Portuqaliya – İsveçrə 3:1
Qol: Ronaldo, 25; 88; 90 – R.Rodriqes, 57-pen.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”