Dünya futbolu
Həmdi və Koçuk yenidən Azərbaycan klubunda
Maliyyə tələbləri üzündən imtina edilən iki futbol&cce…
Maliyyə tələbləri üzündən imtina edilən iki futbolçu yenidən ölkəmizə qayıdacaq. Onların hər ikisi əvvəlkindən daha yaxşı maaşa oynamaq istəyini teallaşdırıb. Düzdü, əvvəlki klublarından tələb etdiklərini ala bilməyəcəklər. Lakin ortaq məxrəc tapıblar.
“Zirə” ilə anlaşa bilməyən Bilal Həmdinin arzularını “Səbail” yerinə yetirib. Avropa Liqasına hazırlaşan “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev fransalı futbolçunu israrla istəyib və rəhbərlik ötən mövsüm əla çıxışı ilə yadda qalan yarımmüdafiəçini ölkəmizə qaytarıb.
Eyni qərarı verən digər futbolçu Yevgeni Koçukdu. Moldova millisinin üzvü ötən mövsüm oynadığı komandaya qayıdıb. “Səbail”in orta sahəsinin lideri başqa klublardan təklif aldığını deyərək getsə də, əslində, arzusu maaşını qaldırtmaq idi. Və buna nail olub.
Maraqlıdı ki, Koçuk artıq 3 mövsümdü eyni şeyi edir. O, hər dəfə anlaşması bitincə düşərgəni tərk edir, daha sonra isə geri qayıdır.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”