Dünya futbolu
“Milan” əfsanələrini qaytardı və vəzifə verdi
İtaliyanın “Milan” klubuna yeni baş direktor və idman …
İtaliyanın “Milan” klubuna yeni baş direktor və idman direktoru təyin olunub.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub bu iki postu keçmiş əfsanəvi futbolçularına tapşırıb.
Klubun rəsmi saytının yaydığı məlumata görə, Zvonimir Boban “Milan”a baş direktor təyin olunub. Paolo Maldini isə idman direktoru kimi fəaliyyət göstərəcək.
Boban 1992-ci ildən 2001-ci ilə qədər “Milan”da oynayıb. O, bu təyinatla əlaqədar FİFA-dakı işindən ayrılıb.
Maldini isə 1985-ci ildən 2009-cu ilədək “Milan”da çıxış edib və bu klubun əfsanələrindən biri hesab olunur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”