Dünya futbolu
“Barselona”nın rəqibi bu dəfə “Arsenal” oldu
Yeni mövsümə hazırlıqlarını davam etdirən İspaniyanı…
Yeni mövsümə hazırlıqlarını davam etdirən İspaniyanın “Barselona” klubu “Arsenal”la yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər il “Barselona” klubu tərəfindən təşkil olunan “Joan Qamper” kuboku çərçivəsində rəqib bu dəfə “Arsenal” olub. Joan Qamper “Barselona” klubunun qurucusu sayılır. O, həm də Kataloniya təmsilçisinin ilk prezidenti olub.
“Joan Qamper” kuboku 1997-ci ildən bu yana iki komandanın iştirakı ilə keçirilir. Ötən il təşkil olunan “Joan Qamper” kubokunda “Barselona” “Boka Xuniors”la qarşılaşmış və 3:0 hesablı qələbə qazanmışdı.
“Barselona” – “Arsenal” matçı avqustun 4-də, “Kamp Nou” stadionunda keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”