Müsahibə
Mustivar qələbə sözü vermədi: “Səbəbi sizə deyə bilmərəm”
Azərbaycan Premyer Liqasının birinci turunda evdə “Sabah&rdq…
Azərbaycan Premyer Liqasının birinci turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə edən “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar oyundan sonra müsahibə verib. Komandasının yeganə qolunu vuran haitili futbolçu öncə oyunu şərh edib.
– Səbəbi sizə deyə bilmərəm. Oyuna yenidən baxmalı, təhlil etməliyik. Bu nəticələrdən, oyunlardan "dərs" çıxarmalıyıq. Nə qədər güclü və hücumameyilli olsaq da, heç vaxt arxa xətti unutmamalıyıq.
– “Bney Yehuda” ilə oyunlardakı uğursuzluğun təsiri var idi?
– Futbolda belə şeylər olur. Məğlub ola və ya qalib gələ bilərsən. Bunlar futbolun bir hissəsidir. Heç kim uduzmaq istəmir və bunu sevmir. Ancaq futbolçu buna alışmalı və öyrəşməlidir. Bu gün uduzmusansa, növbəti matça köklənməlisən. Biz də bunu edirik.
– “Bney Yehuda”nı keçməyə nə mane oldu? “Sperantsa” və “Arsenal”a qarşı oyunları niyə təkrarlaya bilmədiz?
– Futbolda belə hallar olur. Öz oyunumuzu göstərmədik. İsraildə lazım qədər intensiv oynamadıq. Fikrimcə, əsas səbəb bu idi. Ümumiyyətlə, səbəblər çoxdur. Heç özüm də bilmirəm. Biz uduzduq, öz oyunumuzu göstərə bilmədik.
– Növbəti oyununuz “Zirə”yə qarşıdır. Premyer Liqada bu mövsüm ilk qələbənizi qazana biləcəksiz?
– Futbolda çalışıram ki, öncədən qələbəyə söz verməyim. Söz verirəm ki, növbəti oyunda qələbə üçün əlimizdən gələni edəcəyik.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”