Ölkə futbolu
Deviç yenidən "Vozdovaç"da
"Sabah"dan ayrılan Marko Deviçin yeni klubunun adın…
"Sabah"dan ayrılan Marko Deviçin yeni klubunun adına aydınlıq gəlib. Serbiya əsilli futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, 36 yaşlı forvard Super Liqa təmsilçisi "Vozdovaç"la müqavilə bağlayıb. Belqrad klubu xüsusi video ilə Deviçi azarkeşlərə təqdim edib. Bununla Ukrayna millisinin sabiq üzvü 2004-cü ildə qısa müddət formasını geyindiyi "Vozdovaç"a yenidən qayıdıb.
Qeyd edək ki, ötən mövsümü "Sabah"da keçirən Marko Deviç yay fasiləsində ölkəmizi tərk edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”