Ölkə futbolu
AFFA-dan 1 illik müqavilə
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Konami Digital E…
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Konami Digital Entertainment Co., Ltd. şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Futbolinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, müqaviləyə uyğun olaraq, eFootball PES 2020 konsol oyununda futbol üzrə Azərbaycan milli komandasının əqli mülkiyyətindən (komanda adı, loqo, oyun forması və s.) istifadə hüquqları verilib. Azərbaycan milli komandası eFootball PES seriyasında olacaq və müqavilə 2019-2020-ci il futbol mövsümünü əhatə edəcək.
AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarının təbliğatı və kubok turu çərçivəsində eFootball üzrə müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin, üzvləri futbol azarkeşləri arasından seçiləcək Azərbaycan komandası UEFA eEURO-2020 çempionatında iştirak edəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”