Dünya futbolu
Vensan Kompaniyə daha bir zərbə
Belçikanın “Anderlext” klubunun məşqçilik…
Belçikanın “Anderlext” klubunun məşqçilikdən azad etdiyi Vensan Kompani bir həftə ərzində növbəti xoşagəlməz aqibətlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, bu yay İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra “Anderlext”də oynayan məşqçi kimi fəaliyyətə başlayan təcrübəli futbolçu, bir neçə gün əvvəl uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi. Ötən gün isə o, Belçika çempionatının 5-ci turu çərçivəsində “Genk”lə səfər oyununda ağır zədə alıb. Belçika millisinin 33 yaşlı sabiq üzvünün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Kompaninin rəhbərliyi altında ilk 4 turda cəmi 2 xal toplayan “Anderlext” dünən yeni baş məşqçisi ilə də “Genk”ə 0:1 uduzub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”