Dünya futbolu
Premyer Liqada rekord təkrarlandı
İngiltərə Premyer Liqasının 3-cü çərçivəsind…
İngiltərə Premyer Liqasının 3-cü çərçivəsində “Çelsi”yə qarşı oyun “Norviç Siti”nin hücumçusu Teemu Pukki üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, finlandiyalı hücumçu London təmsilçisinə 2:3 hesabıyla uduzduqları oyunda komandasının vurduğu ikinci qolun müəllifi olub. Bu isə onun cari mövsümdə rəqib qapılarından keçirdiyi 5-ci topdu.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Pukkidən öncə ilk üç turda 5 qol vurmağı bacaran yeganə futbolçu Rusiya yığmasının sabiq hücumçusu Pavel Poqrebnyak idi. O, bu uğura 2012/13 mövsümündə “Fulhem”də çıxış edərkən imza atıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”