Dünya futbolu
FİFA-dan inqilabi ideya – robot hakim
FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə ro…
FİFA rəhbərliyi gələcəkdə yan xətt hakimlərinin əvəzinə robotlardan istifadə etmək barədə düşünür.
Futbolinfo.az xəbər verir ki, bu haqda Britaniyanın “Mirror” nəşri məlumat yayıb. “FİFA-nın departamenti artıq bununla bağlı müvafiq araşdışdırmalar aparır. Robotlar laysmanları əvəz edə bilərmi? Bunun gələcəkdə həyata keçməsi mümkündür” – deyə FİFA-ya yaxın mənbə bildirib.
Alim Yan Pirson isə deyib ki, 2030-cu ilə kimi Premyer Liqa, La Liqa və A seriyasında robot-hakimdən istifadə edilə bilər.
Qeyd edək ki, son illər futbolda müasir texnologiyaların tətbiqi genişlənməyə başlayır. İlk belə addım qolun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən kompüter funksiyası olub. 2018-ci ildən başlayaraq isə VAR sistemi tətbiq olunub. Bunun sayəsində hakimlər epizodlara təkrar baxa və bundan sonra qərar çıxara bilərlər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”