I Liqa
Birinci Divizionda mövsümün ilk cəzaları
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fu…
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “Qaradağ Lökbatan”ın “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunub. “Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə, 80 manat cərimə olunub.
“Neftçi-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat cərimə olunublar. Oyunun 47-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Nihad Qurbanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Zaqatala” – “Sabah-2” matçının 24-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Bəhruz Teymurov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. “Sabah-2” klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etmədiyinə görə, klub 80 manat cərimə olunub.
“Zirə-2” – “Ağsu” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunöncəsi iclasda təcili tibbi yardım nümayəndəsi iştirak etmədiyinə görə, meydan sahibi klub 40 manat cərimə olunub.
“Səbail-2” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə meydan sahibi klub 80 manat cərimə olunub (minumum 18 yaş).
“Kəpəz” – MOİK matçında “Kəpəz”in “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”