Ölkə futbolu
“Qarabağ”ın gənc bombardiri: “Əsas olan 3 oyuna 9 xal toplamağımızdı”
“Qarabağ”ın gənc futbolçusu İsmayıl İbrahimli…
“Qarabağ”ın gənc futbolçusu İsmayıl İbrahimli qısa zamanda özünü sübut edir. “Səbail”lə matçda dubl edən yarımmüdafiəçi artıq bombardirlər yarışında ön pilləyə çıxıb. Amma ağdamlılara indi onun qolçuluğu yox, inkişafı lazımdı.
Limit oyunçusu çempionatda “Qarabağ”ın vazkeçilməzinə çevrilib. Vurduğu qollar bir yana, çalışqanlığı da onun haqda müsbət fikirlər söyləməyi şərtləndirir. Rəşad Sadıqovun “Qarabağ”ın əvəzedicilərinə və gənclər millimizə məşqçilik etdiyi dönəmdə üzə çıxardığı İsmayıl futbolinfo.az-a müsahibəsində özünü qiymətləndirməyib.
– 4:0 hesablı qələbə rahat alındı?
– Deməzdim ki, asan keçdi. Çətin oyun idi. “Səbail” mövsümə yaxşı başlayıb. Biz ciddi hazırlaşmışdıq. Fikrimcə, maraqlı və qəliz oyun oldu. Qalibiyyətə sevinirik. 3 xal qazandıq və əsas olan da budur.
– Çətin deyirsən, amma rəqibin qapısından 4 qol keçirmisiz…
– Kənardan rahat görünə bilər. Amma meydanda elə deyil. Elə də rahat oyun keçirmədik. Sadəcə, yaratdığımız fürsətləri qola çevirə bildik. Bu da böyükhesablı qələbə qazanmağımıza kömək etdi.
– 3 oyuna 3 qol vurmusan. Özündən belə bir çıxış gözləyirdin?
– Bilmirəm ki, nə deyim? Qol vurmuşam və bu, yaxşı haldır. Amma istənilən vəziyyətdə komandamın qələbəsini düşünürəm. 3 və ya 5 qol vurdum – bu, o qədər də önəmli deyil. Əsas olan 3 oyuna 9 xal toplamağımızdı. Təbii ki, fərqlənmişəmsə, lap yaxşıdır.
– Öz oyununa 10 ballıq şkala ilə neçə bal verərsən?
– Bu barədə söz deməyim doğru olmaz. Təbii ki, şans qazanıram və əziyyət çəkirəm ki, faydalı olum. Baş məşqçi mənə güvənirsə, güvəni doğrultmaq lazımdır. Amma durum deyim ki, bu qədər qiymət verirəm, düzgün olmaz. Kənardakılar mənə qiymət verə bilərlər. Qol vurmağı da o qədər önəmli saymıram. Əsas hər oyun 3 xaldı.
– Mövsümün gəncləri içində seçilənlərdənsən. Bu, sənə nə qədər müsbət təsir edir?
– Deməzdim ki, hamı məni bəyənir, ya nəsə haqqımda çox danışılır. Bundan da yaxşı çıxış etməyə çalışacam, bunun üçün əziyyət çəkəcəm.
– “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsində çıxış edəcək. Orda da Qurban Qurbanovdan şans gözləyirsən?
– Bu barədə danışmaq istəmirəm. Sadəcə, əlimə şans düşsə, komandama kömək etməyə çalışacam. Təbii ki, mən də daha yaxşı olmasını, faydalı olmağı istəyirəm.
– Hər kəs “Qarabağ”ın qrupdan çıxa biləcəyini düşünür…
– Mən isə o qədər rahat olacağını düşünmürəm. “Sevilya” barədə danışmağa ehtiyac yoxdur. APOEL-i yaxşı tanıyırıq. “Düdelanj” da qrupa qədər gəlibsə, deməli, güclü komandadır. Bizi asan oyunlar gözləmir, çox çətin olacaq.
FƏRİD
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib