Ölkə futbolu
“Kəpəz”də məşqçilərlə görüş keçirildi
“Kəpəz” Peşəkar Futbol Klubunun icraçı direkto…
“Kəpəz” Peşəkar Futbol Klubunun icraçı direktoru İlqar Nadiri məşqçilərlə görüş keçirib.
Futbolinfo.az xəbər verir ki, görüşdə əsas komandanın məşqçilər korpusunun üzvləri ilə yanaşı, ayrı-ayrı yaş qrupları üzrə komandaların çalışdırıcıları da iştirak edib.
İlqar Nadiri klubda diqqətin əsas komandanın çıxışına yönəldiyini bildirərək bununla belə, uşaq futbolunun da nəzərdə saxlanılmalı, qayğı ilə əhatələnməli olduğunu deyib. Bunu olduqca vacib məsələ kimi qiymətləndirən klub rəhbəri futbolun inkişafının uşaq futbolundan keçdiyini xatırladaraq, fikirlərini əsaslandırıb. Məşqçiləri dinləməyə həmişə hazır olduğunu söyləyən Nadiri iş zamanı ortaya çıxan problemlərin tezliklə həllini tapacağını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm “Kəpəz”in tərkibində iki yaş qrupu üzrə komanda fəaliyyətini bərpa edib. Söhbət 15 və 17 yaşlı futbolçulardan ibarət kollektivlərdən gedir. Bu komandalar artıq müvafiq liqalarda mübarizəyə başlayıblar.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”