Ölkə futbolu
BFL-də yeni mövsümün püşkü atıldı
Çoxdandı böyük maraqla gözlənilən və həvəs…
Çoxdandı böyük maraqla gözlənilən və həvəskarlar arasında keçirilən Bakı Futbol Liqasının 2019/20-ci il mövsümünün püşkatma mərasimi oktyabrın 1-də "Excelsior" hoteldə baş tutub.
Futbolinfo.az xəbər verir ki, İsmayıl Abdullayevin təqdimatında keçirilən mərasimdə qeydiyyatdan keçən komandaların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış çıxışından sonra BFL-in direktoru Natiq Əlixanov və təşkilat işləri üzrə koordinator Murad Qurbanov BFL-də olacaq yeniliklər, reqlament və dünya çempionatı haqqında məlumatları iştirakçıların nəzərinə çatdırıb, qonaqların suallarını cavablandırıblar. Daha sonra püşk atılıb.
Hər qrupda 8 komanda olmaqla iki qrupda mübarizə aparacaq komandaların qrupdakı rəqiblərinə aydınlıq gəlib. Belə ki, A qrupunda “Çağırğan” FK (Sabirabad), “Füzuli” FK, “Mübariz” FK, “AgroSport”, “Lökbatan” FK, “Astara” FK, “Əmirli Tovuz”, “Borçalı” FK komandaları pley-offa vəsiqə qazanmaq uğrunda yarışacaqlar. B qrupunda isə “Sirena Motors”, “Army United”, “Alliance” FK, “FC Baku”, “Göytürk” FK, “Seniors”, “Tornado”, “Balaxanı” FK komandaları mübarizə aparacaq.
Azərbaycanın həvəskar futbolunda 8×8 formatı ilə ilkə imza atan Bakı Futbol Liqası mövsümün daha maraqlı keçməsi və oyunçuların özlərini peşəkar kimi hiss etməsi üçün gündən-günə daha böyük işlərə imza atmaqda davam edir. Qurum yaxın gələcəkdə həvəskarlar arasında dünya çempionatını paytaxtımıza gətirməklə ölkədə həvəskar futbola töhfə verməyi əsas missiya sayır.
BFL 2019/20-ci il mövsümündə qrup mərhələsi dairəvi sistem üzrə (ev/səfər prinsipi) keçirilir. Öz qruplarında ilk 4 sırada qərarlaşan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Pley-off mərhələsi də ev/səfər prinsipi ilə keçiriləcək. Mövsümün ilk turu 6 oktyabr tarixində baş tutacaq.
Bakı Futbol Liqasının çempionunu 10 000 AZN pul mükafatı və ya Həvəskarlar arasında keçirilən Dünya Çempionatına vəsiqə gözləyir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”