Premyer-liqa
Rövşən Babayev: “Səbəb şanssızlıqdı”
Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” &ndash…
Azərbaycan Premyer Liqasında VII turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Rövşən Babayev qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
– Ruslan Abışovla Cavid İmamverdiyev niyə oynamırdı?
– Zədələri var idi. Cavid 10-15 gün oynamayacaq, Ruslan yaxın zamanda məşqlərə başlayacaq.
– Coşqun Diniyev sanki əvəzlənməsindən narazı idi…
– Özü istəmişdi.
– Məğlubiyyətin səbəbi nə idi?
– Uşaqlara minnətdarıq ki, əzmkar oyun göstərdilər. Həftəboyu yaxşı işləmişdilır. Nə bacardılarsa, onu etdilər.
– “Qarabağ” dövrə ərzində cəmi 1 qol buraxıb. Onlara qol vurmaq belə çətindi?
– Şanssızlıqdı səbəb. Bizim imkanlarımız oldu, yararlana bilmədik.
– Komanda sonuncudu. Buna görə də futbolçulara təçəkkür edirsiz?
– Yox. Bugünkü oyuna görə təşəkür etdim.
– Sonuncu olmağınızda səbəb nədi?
– Çalışacağıq ki, fasilədən sonra xallarımızı toplayaq. Səbəbi öz aramızda araşdıracağıq.
– Fasilədə baş məşqçi məsələsi həllini tapacaq?
– Bu, rəhbərliyə aid məsələdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”