Ölkə futbolu
Tural Bayramlı qayıtdı: problemi özü gizlədibmiş
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandas?…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı az öncə Bakıya qayıdıb. Oktyabrın 8-də Parisin "Şarl De Qoll" hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılan və Fransaya buraxılmayan yarımmüdafiəçini AFFA yalnız 2 gün sonra problemdən qurtarıb.
U-21-in heyətində Fransaya yollanan Bayramlı tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb. Məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi müəyyənləşib. Ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən futbolçu müvafiq qaydada iş icazəsi almayıbmış.
Daha doğrusu, Tural “Şengen ərazisi”ni tərk etməyə 10-12 gün gecikib. Məhz bu səbəbdən ona viza verilməsinə qadağa qoyulub. Gənc futbolçu bu problemi bilsə də, AFFA tərəfindən viza alınan zaman bu barədə məlumat verməyib. Heç Fransa səfirliyi də ona STOP qoyulmasının fərqinə varmayıb. Yalnız Parisdə məsələ aydınlaşıb, qadağanın sistemdə qeydə alındığı aydınlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”